Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

Teleradio yayımçısının lisenziyasını MTRŞ ləğv edəcək


Azərbaycan Televiziyası (AzTV)

Azərbaycan Televiziyası (AzTV)

-

Artıq teleradio yayımçılarının lisenziyalarını əlindən məhkəmə yox, birbaşa Milli Televiziya və Radio Şurası (MTRŞ) ala biləcək.

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Nazirlər Kabinetinə göstəriş verilib ki, müvafiq aktlar mövcud qanunvericiliyə uyğunlaşdırılsın.

APA informasiya agentliyi yazır ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərinin tələblərini pozduqda, lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla, xüsusi hallarda lisenziyanın qüvvəsinə məhkəmə tərəfindən xitam verilə bilərdi.

Dəyişikliklərə əsasən, bu səlahiyyətlər məhkəmələrdən alınaraq MTRŞ-ya verilib və bu səlahiyyətlərin tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib. Bundan sonra teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və ya bu qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımı MTRŞ-in qərarı ilə bir ayadək müvəqqəti dayandırılacaq.

Eyni zamanda yayımçı bir il müddətində azı 3 dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, MTRŞ yayımçının lisenziya qüvvəsinə xitam verəcək.

MTRŞ-in qərarından məhkəməyə şikayət qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG