Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

“Şərq” kosmodromunda aclıq aksiyası keçirilir


Amur vilayətində, Uqleqorsk kəndi yaxınlığında tikilən Şərq kosmodromu

Amur vilayətində, Uqleqorsk kəndi yaxınlığında tikilən Şərq kosmodromu

-

Rusiyada “Şərq” (Vostochny) kosmodromunun 26 inşaatçısı aclıq aksiyasına başlayıb. Bu barədə AzadlıqRadiosunun rus xidmətinə aksiya iştirakçılarında biri məlumat verib.

Etirazçılar bir neçə aydır gecikən maaşlarının verilməsini tələb edirlər. İşçilərdən hər birinə borcun məbləği 100-140 min rubl arasıdır.

İşçilər aprelin 4-də səhər saat 8-dən fasiləsiz aclığa başlayıblar. Tələbnamənin bir nüsxəsini şirkətə, bir nüsxəsini yerli prokurorluq orqanlarına göndərən aksiyaçılar bəyan ediblər ki, maaşları ödənməyənə qədər etirazı dayandırmayacaqlar.

Bir müddət əvvəl kosmodrom şirkətlərinin birində – “Stroyindustriya-S” şirkətində də maaş problemi yaşanmışdı. Nəticədə martın 24-də yüzə qədər işçi etiraza qalxmışdı.

Ötən həftənin əvvəlində ümumi 14 milyon rublluq borcun cəmi yarım milyonu ödənib, pul qəfil bitib.

Dövlət büdcəsindən kosmodrom şirkətlərinə ayrılan vəsait mənbəyinə çatana qədər bir neçə vasitəçidən keçir. İndi rəhbərlik araşdırır ki, vəsait hansı mərhələdə yoxa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG