Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

İD Suriyada fələstinlilərin düşərgəsini tutub


Yarmouk düşərgəsində qaçqınlar ərzaq gözləyir, yanvar, 2014

Yarmouk düşərgəsində qaçqınlar ərzaq gözləyir, yanvar, 2014

-

Özünü İslam Dövləti (İD) adlandıran silahlı qruplaşma üzvləri Suriyada Fələstin qaçqınlarının sığındığı düşərgəni işğal edib. Onlar Dəməşqin cənubunda Fələstin döyüşçüləri ilə dörd günlük döyüşdən sonra düşərgəyə girə biliblər.

Suriya İnsan Hüquqlarını Müşahidə Təşkilatı aprelin 4-də bildirib ki, İD yaraqlıları artıq Yarmaouk qaçqın düşərgəsinin 90 faizinə nəzarət edirlər.

Düşərgəyə hücum aprelin 1-də başlayıb. Dinc sakinlər daxil olmaqla, azı 9 fələstinli öldürülüb.

Qaçqın düşərgəsi iki ildən çox idi ki, Suriya hökumət qoşunlarının mühasirəsində idi. Müxalifətçi silahlıların buraya sığındığı bildirilirdi.

Suriyada 2011-ci ildə başlayan iğtişaşlardan əvvəl 150 mindən çox fələstinli Yarmouka sığınmışdı.

BMT-nin məlumatına görə, bu illər ərzində bu rəqəm 18 minə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG