Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

-

Burun-boğaz əməliyyatından çıxan 6 yaşlı uşaq bir həftədən sonra vəfat edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Cərrahiyyə əməliyyatının Bakıda yerləşən "Loğman" klinikasında baş verdiyi deyilir. Bildirilir ki, uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda keçinib.

“Loğman” klinikasının cərrahı Hafiz Cəfərov AzadlıqRadiosuna bildirib ki, olay barədə o da kənardan eşidib: “Deyiblər ki, guya mənim xəstəm olub. Bəlkə də mənim xəstəm imiş, bilmirəm. Çünki gün ərzində nə qədər əməliyyat olur. Məni hələ istintaqa çağırmayıblar. 30 ilin həkimiyəm. Təcrübəmdə ölüm hadisəsi olmayıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG