Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

BMT-nin Təhlükəsizlik Şurası Yəmənin müzakirəsinə toplaşır


Səudiyyənin qırıcı təyyarəsi

Səudiyyənin qırıcı təyyarəsi

-

Rusiya Səudiyyə Ərəbistanının hava hücumlarına humanitar fasilə verilməsi təklifini bağlı qapılar arxasında müzakirə etməyə çağırıb.

BMT-nin humanitar məsələlər üzrə məsul şəxsi Valerie Amos deyib ki, Yəməndəki son iki həftədə baş verən hadisələrdə 500-dən çox adam öldürülüb, onların arasında 90 uşaq da var. On minlərlə adam ev-eşiyini tərk edib.

Yəməndə qiyam qaldıran şiə məzhəbli huti silahlılarına qarşı hava əməliyyatlarına Səudiyyə Ərəbistanı rəhbərlik edir.

Xəbər agentlikləri yerli sakinlərə istinadən bildirirlər ki, koalisiyanın aviasiyası aprelin 3-dən 4- keçən gecə huti düşərgəsini hədəfə alıb, amma əvəzində kəndi bombalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG