Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

Döyüş təyyarələri gecə təlimləri keçirdi


Gecə təlimləri
Gecə təlimləri

-

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Xəbəri Müdafiə Nazirliyi aprelin 4-də yayıb.

Nazirlik bildirir ki, təlimlərdə iştirak edən «Su-25» və «MiQ-29» təyyarələri havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

«Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər», - xəbərdə deyilir.

Nazirlik bildirir ki, təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirilib.

XS
SM
MD
LG