Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:41

SOCAR prezidenti: «Neftin qiyməti 2017-ci ilədək 80-90 dollara qalxacaq»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

-

«2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi normaldır».

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

apa yazır ki, Rövnəq Abdullayev 2016-cı ildə ehtiyatla davranmağı məsləhət görüb: «50 dollar götürməyə ehtiyatla yanaşmaq lazımdır. 2016-cı ildə gərək ehtiyatla davranaq. Tendensiyaya nəzər salanda görmək olar ki, neft bir neçə il bahalaşır, bir neçə il ucuzlaşır. Məsələn, son 20 illik diaqramda eyni vəziyyət təkrar olunur».

SOCAR prezidentinin proqnozlarına görə, neftin qiyməti 2017-ci ilədək 80-90 dollara qalxacaq.

Rövnəq Abdullayevin fikrincə, İranın nüvə proqramına dair danışıqların müsbət nəticə verməsi dünya birjalarında neftin qiymətinə təsir etməyəcək:

«Neft elə bir amildir ki, onun qiyməti siyasi amillərdən çox asılıdır. Ona görə ki, onun satışını bazar və siyasi amillər dəyərləndirir. İqtisadi dəyərləndirilməsi yoxdur. Mən inanmıram ki, İranla «altılıq» arasındakı razılaşma neftin qiymətinə təsir etsin. İran neft istehsalını dayandırmamışdı. Sadəcə, onun neftini çətinliklə, dəyər-dəyməzə, ucuz qiymətə alırdılar. İndi isə İran nefti açıq satışa girəcək və inanıram ki, bu, bazardakı qiymətlərə o qədər də təsir etməyəcək».

XS
SM
MD
LG