Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

ABŞ İran danışıqlarında köməyə görə Rusiyaya minnətdardır


Marie Harf
Marie Harf

-

ABŞ İranla nüvə razılaşmasında Rusiyanın göstərdiyi fəallığı yüksək qiymətləndirir.

Bunu Dövlət Departamentinin mətbuat katibi Marie Harf keçirdiyi brifinqdə deyib.

«Danışıqlar zamanı ABŞ-ın Rusiya ilə əməkdaşlığı nə qədər vacib rol oynayıb» sualının cavabında o deyib ki, bu məsələdə hər iki ölkənin vahid mövqeyi danışıqların uğurla nəticələnməsinə səbəb olub.

Mətbuat katibi əlavə edib ki, Rusiya ekspertlərinin texniki ekspertizasının müsbət təsiri olub. Marie Harf xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasında da İrana qarşı sanksiyaların müzakirəsində ABŞ Rusiya ilə əməkdaşlıq edib.

İki gün öncə İran və güc dövlətləri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunub.

XS
SM
MD
LG