Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

.

İBRAHİMBƏYOV XƏSTƏDİR
Milli Şuranın fəxri sədri, kinorejissor, dramaturq Rüstəm İbrahimbəyov xərçəng xəstəliyindən əziyyət çəkir. Bu haqda o “modern.az”a deyib:
“Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır.”

O Azərbaycana gəlməməsini həm də işlərinin çoxluğu ilə izah edib: “Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!”.

“ƏLA MİTİNQ OLACAQ!”
Ancaq bununla belə, Rüstəm İbrahimbəyov Azərbaycandakı siyasi prosesləri izlədiyini deyib: “Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gəlir ki, “Talana son!” mitinqi çox əla mitinq olacaq. Bakıda olsaydım, mütləq ayın 5-də keçiriləcək mitinqdə iştirak edərdim. Milli Şuranın sədri Cəmil Həsənli ilə tez-tez əlaqə saxlayıram”.

“DEMOKRATİK QÜVVƏLƏR BU SEÇKİLƏRƏ QATILSA XEYRİ OLAR”
“Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı” sualına İbrahimbəyov belə cavab verib:

“Parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Amma mənə elə gəlir ki, bu seçkilərdə iştirak etmək lazımdır. Bəlkə, budəfəki seçkilərdə saxtalaşmanın səviyyəsi az oldu. Mənə elə gəlir ki, demokratik qüvvələr bu seçkilərə qatılsa, seçkilərə bir xeyri olar və ölkədə mühit də dəyişər”.

“FİLM ÇƏKİRƏM”
Kinorejissor yaradıcılığından da danışıb: “Burda film çəkilişləriylə məşğulam. Fransa, Gürcüstan, Rusiya və İspaniya kino xadimləri ilə birgə film çəkirik. Ay yarımdan sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alınıb. Bu yaşımda belə, teatrda çox aktiv işləyirəm”.

2013-cü ildə Rüstəm İbrahimbəyov əksər müxalif qüvvələrin bir araya gəldiyi Milli Şuranın prezidentliyə namizədi idi. Ancaq Azərbaycanın Mərkəzi Seçki Komissiyası Rusiya vətəndaşı olduğundan onun seçkidə iştirakına imkan vermədi.

Buna qədər ölkə rəhbərliyini sərt tənqid edən İbrahimbəyovu Rusiyaya işləməkdə, cəsarətsizlikdə qınayanlar oldu.

Ötən ildən Milli Şuranın fəxri sədri ölkəyə demək olar ki gəlmir və nadir hallarda siyasi çıxışlar edir.​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG