Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17

Ənvər Paşanın nəvəsi babası haqqında kitab təqdim etdi


.

Aprelin 3-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının və Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə Ənvər Paşanın nəvəsi Osman Mayatepeyin ictimaiyyətlə görüşü keçirilib.

Ənvər Paşa

Ənvər Paşa

BMM-in yaydığı xəbərə görə, görüşdə Osman Mayatepek babası haqqında yazdığı “Dədəm Ənvər Paşa” adlı kitabını da təqdim edib.

Təqdimat mərasimində çıxış edən Osman Mayatepek: “Mənim babalarım bu torpaqlar üzərində savaşdı və bu yolda öz canlarından keçməyi belə gözə aldılar”--deyib.

Əfsanəvi paşanın nəvəsi ilk dəfədir Azərbaycana gəlib və burada olduğu müddətdə özünü vətənində hiss etdiyini bildirib.

Ənvər Paşa (İsmayıl Ənvər- 1881-1922) Osmanlı tarixində önəmli rol oynamış hərbçi və siyasi xadimdir.

1918-ci ildə hərbi nazir olan Ənvər Paşa qardaşı Nuru Paşanı Bakını azad etmək üçün Azərbaycana göndərmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG