Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

-

Azərbaycanda rəsmi səfərdə olan BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum bölgələrə səfərə çıxıb.

O, özü ilə gətirdiyi nümayəndə heyəti ilə Sabirabad rayonunda ov da edib. Bu haqda AzadlıqRadiosuna məlumat verən verən rayon sakinlərinin sözlərinə görə, şeyxin səfəri zamanı yollarda hərəkət məhdudlaşdırılıb.

Şeyxin ov etməsi haqda video və şəkilləri onunla birlikdə gələn yaxınları İnstagramda paylaşıblar.


Çəkilən şəkillərdə yazılan statuslardan şeyxin Sabirabad rayonu ərazisində ov etdiyi məlum olur.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 2-dən Azərbaycanda rəsmi səfərdədir. O, səfərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.

Bir neçə gün öncə isə şeyxin oğlu şahzadə Hamdan Muhammed Bin Rəşid əl-Maktum Azərbaycanda səfərdə olub. Gənc şahzadə paytaxt Bakıda və bölgələrdə olmuşdu. O da ov etməsi haqda şəkilləri özünün instaqram səhifəsində paylaşmışdı. Onun “Qarmızı kitab”a düşən quşları qanunsuz ovladığı bildirirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də bu ovun qanunsuz olduğunu bildirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG