-
Aprelin 2-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VII Milli Uşaq Kitab Sərgisi açıldı.
AzadlıqRadiosunun “İz” proqramı sərginin açılışına qatılmışdı.
- 7-ci dəfə keçirilən bu sərgidə nə dəyişib? Və iştirakçılar nəyin dəyişməsini istərdilər?
- Bu sərginin uşaq yazıçılarını tanıtmaq baxımından faydası barədə nə söyləmək olar?
- Ölkədə uşaq kitablarının tirajı necədir? Nəşriyyatı və yazıçını yaşatmağa imkan verirmi?
- Ortahəcmli bir kitaba nə qədər qonorar ala bilir uşaq yazıçısı?
- Uşaqların bu sərgidən xəbər tutması üçün, daha hansı işlər görülməlidir?
- Sərgidəki uşaqlar hansı kitabları bəyəndilər?
- Və nəhayət, uşaqların kitabını həyəcanla gözlədiyi yazıçı varmı?
Veriliş boyun sərgiyə qatılacaq, uşaq yazıçılarının, sərginin təşkilatçılarının və uşaqların fikirlərini eşidəcəksiniz.
Aprelin 5-i saat 23-də.
Bu “İz”i itirməyin.