Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:59

Türkiyə Krıma müşahidəçi göndərəcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

-

“Krımdakı türkcə danışan tatarlar təzyiq altındadır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ilhaq etdiyi Krımdakı vəziyyəti şərh edərkən belə deyib.

O aprelin 3-də Litvada jurnalistlərə açıqlama verib. Bildirib ki, Türkiyə tezliklə Krımda pozulan insan haqlarını müşahidə etmək üçün nümayəndə göndərəcək.

Ankara Krımın ilhaqına görə qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Lakin, Çavuşoğlu bildirib ki, Türkiyə heç vaxt qeyri-qanuni ilhaqı tanımayacaq.

Çavuşoğlunun bu bəyanatı 2 gün öncə Krımda tatardilli mətbuat orqanlarının qapadılmasına görədir.

Aprelin 1-də Krımda ATR TV, QHA xəbər agentliyi, Avdet qəzeti, Meydan FM radio stansiyası da daxil olmaqla bir neçə tatar dilli media orqanı bağlanıb.

Amnesty International təşkilatı bildirib ki, Rusiyanın Roskomnadzor media qurumunun Krım tatar media orqanlarını Rusiya qanunvericiliyinə uyğun qeydiyyata almaması “administrativ prosedur adı altında ifadə azadlığına kobud hücumdur”

XS
SM
MD
LG