Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

«Haqsız rəqabət» haqda qanunda maliyyə sanksiyalarına dəyişikliklər edilir


Milli Məclis

Milli Məclis

-

Milli Məclisin aprelin 3-dəki toplantısında «Haqsız rəqabət haqqında» qanunun 12-ci (Maliyyə sanksiyaları) maddəsinə əlavə və dəyişikliklər müzakirə edilib.

apa-nın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir, yeni sanksiyalar tətbiq olunur.

Maddənin birinci hissəsinə edilən dəyişikliyə əsasən, artıq tək «bazar subyektlərində qanunsuz əldə olunmuş gəlir» aşkarlandıqda yox, «ümumiyyətlə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlir» aşkarlandıqda, iki misli həcmində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, maddəyə yeni bənd də əlavə edilir. Yeni bəndə görə, «Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir».​

Günün bütün mövzuları

XS
SM
MD
LG