Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

Azərbaycanda ötən il 52 insan alveri qurbanı aşkarlanıb


Vilayət Eyvazov
Vilayət Eyvazov

-

Aprelin 3-də Milli Məclisin iclasında daxili işlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov illik hesabatla çıxış edib.

report.az-ın məlumatına görə, Vilayət Eyvazov son 5 ildə 152 ölkədən insan alveri qurbanlarının istismar məqsədilə 124 ölkəyə aparıldığını deyib: «Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21% təşkil etməsidir».

Nazir müavini əlavə edib ki, son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minədək şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub.

O ki qaldı Azərbaycana, milli koordinator deyib ki, 2014-cü ildə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hüquqazidd əməllərin qurbanı olan 52 şəxs müəyyən edilib:

«Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilib. Hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər. İnsan alverindən zərər çəkmiş 53 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 24 nəfəri işlə təmin edilib, 35 nəfəri isə peşə kurslarına göndərilib. 34 nəfər insan alveri qurbanının ailələrinə qayıtmasına köməklik göstərilib».

Milli Məclis hesabatı qəbul edib. ​

XS
SM
MD
LG