Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:52

Bakı İranla nüvə razılaşmasını dəstəklədi


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

-

Azərbaycan Xarici İşlər Nazirliyi İranla «altılıq» arasında aparılan danışıqlarda «irəliləyiş» əldə olunmasını alqışlayır.

Nazirliyin aprelin 3-də yaydığı bəyanatda belə deyilir.

«Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran arasındakı danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.

Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq» - XİN-n bəyanatında vurğulanır.

Bəyanatda o da bildirilir ki, Azərbaycan «beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir».

Razılaşma aprelin 2-də əldə olunub. Danışıqlar İranla «altılıq» (BMT TŞ-nin 5 daimi üzvü + Almaniya) ölkələri arasında aparılıb.

Razılaşmaya görə, İrana qarşı bütün embarqolar ləğv ediləcək. İslam Respublikası isə bunun qarşılığında nüvə silahı proqramlarından imtina edir. ​

XS
SM
MD
LG