Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

-

Elman RüstəmovXəqani Abdullayev yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediliblər.

Bu haqda qərar aprelin 3-də Milli Məclisin plenar iclasında verilib.

apa-nın məlumatına görə, hər iki şəxsin namizədliyi Milli Məclisdə müzakirə edilib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Elman Rüstəmov artıq 20 ildir Mərkəzi Banka uğurla rəhbərlik edir. Onun dediyinə görə, adıçəkilən şəxslərin MB İdarə Heyətinə üzvlüyü məsələsinin Komitədə müzakirəsi zamanı deputatlar da onların fəaliyyətini yüksək qiymətləndiriblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə Elman Rüstəmovun «çox peşəkar kadr» olduğunu bildirib.

Daha sonra Elman Rüstəmov və Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyi səsə qoyulub və təsdiq olunub.

Elman Rüstəmov dördüncü beşillikdir ki, Mərkəzi Banka rəhbərik edir. Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Daha sonra o, 2000, 2005 və 2010-cu illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.

Onun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Mərkəzi Banka sədr prezidentin sərəncamı ilə təyin edilir. Sədrliyə namizəd olmaq üçün Milli Məclisin həmin şəxsi İdarə Heyətinin üzvü seçməsi lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG