Yaxın 5 il ərzində İraqın bərpasına 100 milyard dollar lazımdır.
Bunu İraq hökumətinin nümayəndəsi Əli əl-Dabbax donor ölkələrin Küveytdə keçirilən konfransında deyib.
Birləşmiş Ştatların İraqdakı baş müfəttişinin yaydığı bəyanatda deyilir ki, zorakılıq aktları, korrupsiya və bürokratiya ölkənin bərpasına yönəlmiş bütün cəhdləri heçə endirir.