Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

Obama İran sazişi barədə Netanyahu ilə danışıb


Benjamin Netanyahu İranın nüvə proqramından danışır

Benjamin Netanyahu İranın nüvə proqramından danışır

-

ABŞ Prezidenti Barack Obama İranın nüvə proqramına dair təməl sazişlə bağlı İsrailin baş naziri Benjamin Netanyahu ilə telefonla danışıb.

Ağ Evin yaydığı bəyanatda deyilir ki, Obama Netanyahu-ya bu razılaşmanın İranın nüvə silahına aparan yolunu kəsən davamlı həllə doğru ciddi irəliləyişdir.

Obama-nın sözlərinə görə, bu uğur “İranın terrorçuluğu dəstəkləməsi və İsrailə təhlükə” sarıdan narahatlığı azaltmır.

Netanyahu indiyədək Tehranla danışıqlara qarşı çıxıb. O, tvitter-də yazmışdı ki, İranla hər hansı saziş “İranın nüvə qabiliyyətini ciddi azaltmalıdır”.

Razılaşma əldə olunandan sonra İsrail onu “reallıqdan uzaq” adlandırıb. Strateji Məsələlər naziri Yuval Steinitz deyib ki, yəhudi dövləti “pis yekun sazişi” əngəlləmək üçün lobbiçilik işini davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG