Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Yəməndə qiyamçılar prezident sarayına hücum edirlər


Yəməndəki huti qiyamçıları və onların müttəfiqləri ağır toqquşmaların ardınca Ədən şəhərində prezident sarayı üzərinə hücuma başlayıblar.

Şiəməzhəb qiyamçılar tankların və ağır silahların köməyi ilə və Səudiyyə Ərəbistanının havadan zərbələrinə baxmayaraq prezident iqamətgahına çatıblar.

Bu toqquşmalarda 18-i mülkilər olmaqla 44 nəfər həlak olub.

Səudiyyənin bir sərhəd keşikçisinin də öldürüldüyü xəbər verilib.

Bu, Yəmən üzərinə hava reydlərinə başlayandan bəri Səudiyyənin verdiyi ilk itkidir.

Ər-Riyad bildirir ki, hazırkı mərhələdə Yəmənə quru qoşunları ilə müdaxilə etmək planı yoxdur.

XS
SM
MD
LG