Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

ABŞ: Senator Robert Menendez-ə qarşı rüşvət ittihamları irəli sürülüb


Senator Robert Menendez

Senator Robert Menendez

Menendez həm də Ermənistanın dostu kimi tanınır. O Obama administrasiyasını 1-ci dünya müharibəsində baş vermiş kütləvi qətliamların “erməni soyqırımı” kimi tanınmasına çağırıb.

ABŞ senatoru, demokrat Robert Menendez-ə qarşı 14 rüşvət ittihamı irəli sürülüb. Bu da qeyd edilməlidir ki, Menendez ABŞ xarici siyasətində səsi ucadan eşidilən siyasətçidir və o, dəfələrlə İran və Ukrayna kimi məsələlərdə hətta prezident Barack Obama ilə çəkişib.

Beləliklə, ABŞ xarici siyasətində, xüsusən də Ukrayna, Rusiya, İran və Ermənistan kimi məsələlərdə çəkiyə və səsə malik senator Robert Menendez 2008-ci ildən bəri cinayət ittihamları ilə üzləşən ilk senator olub. ABŞ-ın Ədliyyə Nazirliyi aprelin 1-də elan edib ki, Menendez-ə qarşı çoxsaylı ittihamlar irəli sürülüb.

Menendez-ə qarşı irəli sürülmüş ittihamlara və bunun ABŞ-ın xarici siyasəti üçün nə demək olduğuna dair bilməyimiz mühüm olan beş məqam var.

İttihamlar nədən ibarətdir?

ABŞ-ın böyük münsiflər kollegiyası Menendez-i özünün siyasi donoru və dostu, floridalı göz həkimi doktor Salomon Melgen-i mənfəətləndirmək məqsədilə vəzifəsindən sui-istifadədə ittiham edib. Senatora qarşı rüşvət və yalan bəyanatlar vermək də daxil 14 federal ittiham irəli sürülüb. Melgen-ə qarşı da ittihamlar var.

68 səhifəlik rəsmi ittihamnamədə deyilir ki, Melgen Menendez üçün lüks tətillər, təyyarə uçuşları və mehmanxana nömrələri təşkil edib, həmçinin Menendez-in hüquq müdafiəsi fonduna ianələr verib. İttihamnamədə bildirilir ki, bunların müqabilində Menendez Melgen-in xarici sevgililəri üçün viza alınmasında köməklik göstərib, doktorun tərəfində federal səhiyyə debatlarına müdaxilə edib və Melgen-in investoru olduğu şirkətin kontraktının müdafiəsində yardım edib.

Menendez-ə qarşı 8 rüşvət ittihamı irəli sürülüb və bunların hər biri 15 ilədək həbsxana cəzasını nəzərdə tutur.

Menendez bu itthamlar barədə nə deyir?

Menendez hər hansı qanunsuzluğa yol verdiyini inkar edir. Aprelin 1-də Nyu Cersi ştatının Nyuark şəhərində mətbuat konfransı keçirən Menendez deyib ki, “onun karyerası bu şəkildə başa çatmayacaq”. O əlavə edib ki, ittihamlara qarşı “döyüşməyə” hazırdır.

“Mən ona görə hiddətliyəm ki, Ədliyyə Nazirliyinin prokurorları, məni susdurmaq kimi siyasi motivə malik olanların saxta iddialarınınküyünə gedərək üç il əvvəl bu təhqiqatı başlayıblar. Lakin mən susmayacağam. Mən əminəm ki sonunda bəraət alacağam, onlar isə ifşa olunacaqlar” – deyib Menendez.

Bu iş ABŞ xarici siyasətini necə təsirləndirə bilər?

Xarici siyasətin yürüdülməsində ABŞ hökuməti aparıcı olsa da, ABŞ Konqresi də bu sahədə mühüm rol oynayır. Vəzifədə olduğu müddətdə Menendez Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib və noyabr ayında keçirilmiş seçkidə Senat çoxluğu respublikaçıların ixtiyarına keçəndən bəri Menendez komitədəki ən yüksək vəzifəli demokratdır.

Menedez prezident Barack Obama-nı Ukraynaya silah göndərilməsinə çağırıb ki, Kiyev özünü Rusiyanın təcavüzünə qarşı qoruya bilsin, halbuki Ağ Ev bu məsələdə bu qədər dərinə getməkdən imtina edib.

O həmçinin Tehranla nüvə danışqılarının ən böyük skeptiklərindən biridir. O İranla potensial nüvə sazişinə baxılması üçün 60 günlük karantin müddətinin qoyulmasına dair partiyalararası qanunvericilik təşəbbüsündə aparıcı demokrat olub. Obama belə bir qanuna veto qoyacağı ilə hədələmişdi və iddia edirdi ki, bu qanun danışıqılar prosesini mürəkkəbləşdirə bilər. Bu layihəyə Senatın Xarici Əlaqələr Komitəsində aprelin 14-də baxılmalıdır. Bu arada qanunvericiliyi dəstəkləyən senatorların sayı vetodan yayınmaq imkanı verən 68-ə yaxınlaşır.

Menendez həm də Ermənistanın dostu kimi tanınır. Onun doğma Nyu Cersi ştatında çoxsaylı erməni əhalisi var və o 2009-cu ildə Obama administrasiyasını 1-ci dünya müharibəsində baş vermiş kütləvi qətliamların “erməni soyqırımı” kimi tanınmasına çağıran qanunvericlik aktını təqdim edib. O həmçinin ABŞ-ın Azərbaycana silah satışı məsələsini sual edib və bildirib ki, Bakı bu silahlardan Dağlıq Qarabağ münaqişəsində Yerevana qarşı istifadə edə bilər.

Menendez Senatın Xarici Əlaqələr Komitəsindən könüllü şəkildə istefa verməyə razılaşıb.Lakin onun ofisi bildirib ki, senator xarici siyasət məsələlərində səsini ucaltmaqda davam edəcək.

“Onun buradakı müvəkkil rolunda heç bir dəyişiklik olmayacaq. Hər şey olduğu kimi qalacaq” – deyib senatorun sözçüsü Adam Sharon.

Komitənin sədri – senator Bob Corker bəyan edib ki, o Menendez-dən xarici əlaqələr məsələsində konstruktiv rolunu davam etdirəcəyini gözləyir.

Xarici Əlqaqələr Komitəsində Menendez-i kim əvəz edəcək?

Senatdakı demokrat azlığının rəhbəri Harry Reid-in verdiyi məlumata görə bu vəzifəni öz üzərinə Merilend ştatından demokrat senator Benjamin Cardin götürəcək.

Cardin Menendez-lə müqayisədə Obamanın xarici siyasətini daha çox dəstəkləyir və martın 30-da Bloomberg-ə müsahibəsində deyib ki, İranla “səmərəli” nüvə sazişinin mümkünlüyünə inanır.

Cardin aprelin 1-də bəyan edib ki, o, Menendez-in sədr kimi rolunu qiymətləndirir və hər bir kəsi onun barəsində təqsirsizlik prezumpsiyasına hörmət etməyə çağırır.

Menendez özü isə aprelin 1-də bəyan edib ki, “heç yerə getmək fikri yoxdur”. Əgər o, Senat üzvlüyündən istefa verərsə, Nyu Cersinin respublikaçı qubernatoru Chris Christie ona əvəz tapacaq və bu yerin tutulması üçün seçki gününü təyin edcəcək.

Menendez-i nə gözləyir?

Menendez aprelin 2-də Nyuark məhkəməsinin qarşısında özünü ittihamlar üzrətəqsirli bilmədiyini bəyan edib.

Onu gözləyən hüquqi çarpışma uzun və bahalı ola bilər. Onun 2014-cü ildə yaratdığı hüquqi müdafiə fondu malik olduğu 866 min dollardan 762 minini artıq xərcləyib.

Luke Johnson

Günün bütün mövzuları

XS
SM
MD
LG