Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:19

Prezident Gəncədə yeni obyektlərin açılışında iştirak edib


Oktyabrın 31-də prezident İlham Əliyev Gəncə şəhərində oldu. Prezident bir sıra yeni istifadəyə verilmiş obyektlərin-Gəncə Beynəlxalq Hava limanının və Olimpiya Kompleksinin nəzdində tikilən, müasir standartlara uyğun üzgüçülük hovuzunun açılış mərasimində iştirak edib. Gəncə aeroportunda bir ildir ki, yenidənqurma işləri aparılsa da, hava limanı öz fəaliyyətini nə dayandırmış, nə də məhdudlaşdırmışdı. Üzgüçülük hovuzu isə on beş-iyirmi gündür ki, istifadəyə hazırdır. Dövlət başçısı son vaxtlar şəhərdə aparılan quruculuq işləri də maraqlanıb.


Prezident İlham Əliyevə Gəncənin inkişafına göstərdiyi xidmətlərinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi «Gəncə 2500» fəxri ordeni təqdim olunub.


Bu, dövlət başçısının Gəncəyə 5-ci səfəridir. Prezident bu gün Samux və Daşkəsən rayonlarına da gedəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG