Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

Misirdə 15 əsgər və 2 mülki sakin öldürülüb


Foto arxiv
Foto arxiv

Misirin Sinay yarmadasında yaraqlıların nəzarət-buraxılış məntəqəsinə hücum etməsi nəticəsində 15 əsgər və 2 mülki sakin ölüb.

Bu barədə Misirin təhlükəsialik xidməti xəbər verir.

Polislərin məlumatına görə, yaraqlılar məntəqəni avtomat silahlar və minaatanlardan atəşə tutublar.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma İslam Dövləti yaraqlıları ilə əlbir olan yerli qrup yarmadada bu cür hücumlar törədirlər.

Keçmiş islamçı prezident Muhammad Morsinin 2013-cü ildə devrilməsindən sonra islamçı yaraqlılar yarmadada yüzlərlə hərbçi və polis öldürüb.

XS
SM
MD
LG