Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:33

Rusiyanın Qazprom şirkəti yaxın 3 ay ərzində Ukraynaya qaz verilməsi ilə bağlı müqavilə imzalamasını təsdiqləyib.

Şirkətin rəhbəri Aleksei Miller bildirib ki, Kiyev qazın hər 1000 kubmetrinə görə, 247 dollar 18 sent ödəyəcək.

Ukrayna bundan əvvəl hər 1000 kubmetrə görə təxminən 100 dollar artıq ödəyirdi.

Bu razılaşma Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunan “Qış paketi”nin uzadılması deməkdir.

Ötən ilin oktyabrında imzalanan həmin müqavilənin müddəti martın 31-də birmişdi.

Ukrayna ilə Rusiya arasındakı qaz mübahisəsi Avropanın da qazla təhcizatını əngəlləmək təhlükəsi yaradıb.

Həmin kəmər Rusiya ərazisindən keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG