Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü olub


Mindia Janelidze

Mindia Janelidze

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri aprelin 2-də Tbilisidə hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gürcüstanın müdafiə naziri Mindia Janelidze jurnalistlərə bildirib ki, bir il əvvəl başlanan 3 tərəfli hərbi əməkdaşlıq mexanizmində məqsəd regionda sülh və sabitliyə dəstək göstərməkdir.

O qeyd edib ki, bu hər hansı bir 3-cü ölkəyə qarşı yönəlməyib, sadəcə silahlı qüvvələrimizin peşəkar inkişafına xidmət edir.

Türkiyənin xarici işlər naziri İsmet Yılmaz müdafiə sahəsində 3 tərəfli əməkdaşlığın regional sabitlik üçün yaxşı mexanizm olduğunu deyib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə regionda qeyri-sabitlik yaratmaqda günahlandırıb.

O qeyd edib ki, Ermənistan Azərbaycana ərazi iddiası edən yeganə region ölkəsidir, amma biz bu problemin həllinə yönəlmiş səyləri davam etdirəcəyik.

Rusiya hərbi hava qüvvələrinin Ermənistandakı bölməsi isə bu arada regionda hərbi təlimlər keçirir.

Təlimlər aprelin 2-dən başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG