Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

Düşənbədə Kollektiv Təhlükəsialik Müqaviləsi ölkələrinin görüşü keçirilib


Foto arxiv
Foto arxiv

Aprelin 2-də Tacikistanın paytaxtı Düşənbədə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsialik Müqaviləsi ölkələrinin görüşü keçirilib.

Tacikistanın xarici işlər naziri Sirojidin Aslov jurnalistlərə bildirib ki, Tacikistan Ifqanıstanla sərhəddə təhlükəsialik tədbirlərini gücləndirmək üçün tərəfdaşlarını konkret tədbirlər görməyə çağırıb.

Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan,Qırğızıstan,Tacikistan və Ermənistan daxildir.

Aslovun sözlərinə görə, görüşdə Əfqanıstandakı vəziyyət , terrorçuluq, ifratçılıq və kiber cinayətlərə qarşımübarizədə BMT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə olunub.

Əfqanıstanın bu təşkilatda müşahidəçi statusu var.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu görüşə qatılmaq üçün aprelin 1-dən İranın nüvə proqramı ilə bağlı Cenevrədə aparılan danışıqları tərk edib.

XS
SM
MD
LG