Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

Suriyada döyüşüb məhkəmə qarşısına çıxarılanlar arasında azyaşlı da var


Arxiv fotosu

Arxiv fotosu

-

“Bizi yalnız şəriət qanunlarına uyğun mühakimə edə bilərlər. Şəriət məhkəməsi isə bizim günahsız olduğumuzu sübuta yetirəcək”.

Apelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşmüş 10 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasa hakim Ramella Allahverdiyeva sədrlik edib. Təqsirləndirilən şəxslər məhkəməni qəbul etmədiklərini bildirərək, şəriət qanunları ilə mühakimə olunmalarını tələb ediblər.

Hakim Vilayət Həsənli, Malik Musayev, Həşimov Samir, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Dursunəliyev Vüqar, Dursunəliyev Elvinin anket məlumatlarını elan edəndən sonra onları məhkəmə tərkibi ilə tanış edib.

VƏKİLLƏRDƏN İMTİNA ETDİLƏR

Təqsirləndirilən şəxslər vəkillərindən imtina etdiklərini bildirdilər. Qeyd edək ki, bu vəkillər onlara dövət tərəfindən təyin olunub.

​Məhbuslar ittihamları qəbul etmirlər. Onlar Suriyada döyüşməklərini şəriət qanunlarına uyğun hesab edirlər və yalnız şəriət qanunlarını tanıdıqlarını bildirirlər:

"Bizi şəriət qanunlarına uyğun mühakimə edə bilərlər, şəriət məhkəməsi isə bizim günahsız olduğumuzu sübuta yetirəcək”.

Təqsirləndirilən Samir Həşimov:

"İslam dininin qanunlarından başqa heç bir qanun qarşısında cavab verməyəcəyik. Ona görə də bildiririk ki, məhkəmənin sonunadək susacağıq. İfadə verməyəcəyik, məhkəmənin heç bir sualını cavablandırmayacağıq".

Hakim məhkəmə baxışını aprelin 9-na təyin edib.

Bu məhkəmə prosesində diqqəti çəkən məqamlardan biri təqsirləndirilənlər arasında azyaşlının olmasıdır. İstintaqın qənaətinə görə, 2013-cü ildə 15 yaşlı Elvin Dursunəliyevi atası Vüqar Dursunəliyev Suriyaya döyüşməyə yollayıb. Atayla oğul da mühakimə olunur. Ataya verilən ittihama görə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Oğlunda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. Onu həmin silahlı birləşmələrin tərkibinə qoşulmaq üçün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. Azyaşlı Elvin bir il əvvələdək Suriyada həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Bu, istintaqın gəldiyi qənaətdir. Təqsirləndirilən şəxslər isə döyüşlərdə iştiraklarını şəriət qanunlarına uyğun hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG