Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Türkiyədə Suriyaya keçmək istəyən 9 Britaniya vətəndaşı həbs edilib


Foto arxiv

Foto arxiv

Türkiyənin təhlükəsialik qüvvələri Suriyaya keçmək istəyən 9 Britnaiya vətəndaşını həbs edib.

Onlar sərhəddi qanunsuz keçirmişlər.

Təhlükəsizlik xidmətinin aprelin 1-də yaydığı məlumata görə, onlar Hatay əyalətininin yaxınlığında, sərhəddin Türkiyəyə aid hissəsində saxlanıblar.

Hazırda Suriyadakı İslam Dövləti yaraqlıları və digər radikal qrupların tərkibində minlərlə xarici vuruşur və onların əksəriyyəti Suriyaya Türkiyədən keçib.

Qərb ölkələri Türkiyəni sərhəddə nəzarət edə bilməməkdə günahlandırır, Türkiyə isə əksinə, hesab edir ki, buna görə ilk növbədə Avropa ölkələri cavabdehlik daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG