Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Mitinqə icazə verildi


15 mart mitinqi
15 mart mitinqi

-

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqinə razılıq verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, Bakı icra hakimiyyətindən onların ərizəsinə müsbət cavab verilib və onlar aprelin 5-də Bakının Yasamal rayonunda yerləşən «Məhsul» stadionunda mitinq keçirəcəklər.

Fuad Qəhrəmanlının sözlərincə, bu dəfə də aksiyada qiymət artımına etiraz şüarları səslənəcək: «Mitinqə minlərlə adamın gələcəyini gözləyirik. Bizim imkanımız yoxdur ki, aksiya ilə bağlı ölkə televiziyalarında təbliğat-təşviqat aparaq. Yalnız sosial şəbəkələrdə, yazılı mediada çağırışlar səsləndiririk».

Sədr müavini mitinqdə iştirak üçün Milli Şurada təmsil olunmayan müxalifyönlü siyasi qüvvələrə birbaşa müraciət etmədiklərini deyir: «Biz elan etmişik ki, bu, ümumxalq mitinqidir, ölkədən gedən qiymət artımına etirazdır. Fikrimcə, siyasi qüvvələr üçün də cəmiyyətin maraqları önəmli olmalıdır».

Milli Şuranın sonuncu mitinqi martın 15-də keçirilib.

XS
SM
MD
LG