Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Mikayıl Cabbarov müəllimlərin maaşlarının artımından danışdı


Mikayıl Cabbarov

Mikayıl Cabbarov

-

Attestasiyadan keçən hər bir müəllimin əməkhaqqında dəyişiklik olacaq.

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.

Trend-in məlumatına görə, aprelin 2-də nazir deyib ki, ilkin mərhələdə Bakıda yerləşən məktəblərin müəllimlərinin maaşı artıb və onlar artıq mart ayında əməkhaqqını artımla alıblar:

«Hər bir müəllimin artım faizi və nisbəti fərdidir... Əksər müəllimlər üçün əməkhaqqı artımı təxminən 20-30 faiz civarındadır. Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də gəlir vergisi sistemindən asılıdır. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni səviyyədə tətbiq edilib. Eyni qrupda, yəni stajla çalışan və dərs yükünə malik müəllimlərin maaş artımı eyni ola bilər. O ki, qaldı ümumi artıma, bu, cənab prezidentin sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1.5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artırılıb».

Bir müddət öncə Təhsil Nazirliyi Bakı məktəblərində çalışan müəllimlərin attestasiyasını keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG