Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:07

Putin Qərblə «dəli» oyunu oynayır


Türkiyə-Ermənistan sərhədi
Türkiyə-Ermənistan sərhədi

-

Türkiyənin Ermənistanla bağlı sərhədləri Dəmir Pərdənin son qalığıdır. Bu məsələ eləcə də keçmiş sovet peykləri ətrafında qurulmaqda olan yeni «Soyuq müharibə»nin bünövrəsinə çevrilə bilər. Bunu Selcan HacaoğluSara Khojoyan «Bloomberg»də yazır.

Rusiya prezidenti Vladimir Putin apreldə «erməni soyqırımı»nın 100 illik anım tədbirlərində iştirak üçün Yerevana gedir. O, həmçinin Rusiyanın bu ölkədə dominant rolunu bir daha göstərəcək. Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulub. Türkiyə və Azərbaycanla bağlı sərhədlər o deməkdir ki, Rusiyanın dəstəyi olmasa, Ermənistanda həyat donar.

Müəllif yazır ki, nə vaxtsa Türkiyə-Ermənistan sərhədi NATO ilə Sovet İttifaqı arasında cəbhə xətti idi. 1993-cü ildə Azərbaycana dəstək olaraq Türkiyə ilə sərhədin bağlanmasından sonra Ermənistanın xaricə çıxışı cənubda İran, şimalda Gürcüstan vasitəsi ilədir. Rusiya bu ölkənin ən böyük ticarət tərəfdaşıdır, 2013-cü ildə 1.27 milyard avroluq ticarət dövriyyəsi həyata keçirilib.

«Türkiyənin Ermənistanla sərhədini açması şansı 2010-cu ildə olduğundan aşağıdır. O zaman iki ölkə diplomatik münasibətlərin bərpasını müzakirə edirdi», - bunu Vaşinqtonda Karneqi Beynəlxalq Sülh Fondundan Tomas de Waal deyir.

Türkiyənin Ermənistandan idxalı 2010-cu ildə 2.6 milyon dollar idisə, 2014-cü ildə 1.5 milyon dollar olub. Dövlət statistika institutu bildirir ki, ötən il Türkiyə Ermənistana mal ixrac etməyib. Ancaq iki ölkə arasında hava xətti işləyir.

Ermənilər Birinci Dünya müharibəsi zamanı milyon yarım erməninin soyqırımına məruz qaldığını deyir, Türkiyə isə bu iddianı qəbul etmir.

Müəllif daha sonra Ermənistanın bir sıra regional layihələrdən kənarda qalmasından bəhs edir.

«Ermənistanla sərhədin bağlı qalması Rusiyanın maraqlarına xidmət edir», - Ermənistan parlamentinin müxalifətdən olan üzvü Tevan Poghosyan deyir. «Ermənistanın Avrasiya Birliyinə qoşulması da Rusiya və Qərbin qarşıdurması ilə əlaqələndirildi. Çünki Rusiya göstərmək istəyir ki, Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramı iflasa uğrayıb».

Vladimir Putin- 2005
Vladimir Putin- 2005

PUTİN QƏRBİ «DƏLİ» ROLUNDA ALDADIR

Muammar Gaddafi bütün dünyada liderlərin və adi vətəndaşların ağlından çıxmamaq üçün ağıllı strategiya seçmişdi: o, düşmənlərini çaşdırmaq və qorxutmaq naminə özünü dəli kimi aparırdı. İndi də, deyəsən, Vladimir Putin oxşar strategiya seçib, gah çox məyus, sarsılmış, reallıqdan uzaq kimi görünür, gah da tamamilə yoxa çıxır. Elisabeth Braw «Newsweek»də belə yazır.

«Gözlənilməz kimi qəbul olunmağın bir məntiqi var», - Putin-i Sankt-Peterburqdan tanıyan bir keçmiş səfir deyir. «Rusiya dövlət televiziyası Putin-ə kollektiv psixoz mühiti yaratmaqda kömək edir. Rusiyanın strategiyası Putin-in gözlənilməz portretini yaratmaqla Qərbi qorxutmadır. Hakimiyyətdə dəli oturubsa, ölkənin nüvə silahları da tamamilə yeni miqyas ala bilər».

«Nüvə silahları Putin-in əlində bir kartdır. O, həmin kartdan yararlanaraq dünyaya başa salmaq istəyir ki, Rusiya regional deyil, superdövlətdir», - Stenford Universitetinin professoru Martin Hellman deyir. «Yəni, rusiyalılar bizi bir saatdan da az vaxt içində külə döndərə bilərlər».

Müəllif yazır ki, bu taktika keçmişdə də işləyib. Gaddafi-nin nüvə proqramı ona beynəlxalq ictimaiyyətlə sövdələşmə imkanı yaradıb. Şimali Koreyanın Kim sülaləsi də eyni fənddən yararlanır. Faktiki olaraq, azacıq dəlilik nüvə strategiyası üçün əsas amildir.

«Bunu Dəli Nəzəriyyəsi adlandırıram», - ABŞ prezidenti Richard Nixon-un (1969-1974) aparat rəhbəri Bob Haldeman-a deyirdi.

Müəllifin yazdığına görə, bir neçə il öncə Pentaqonun bir beyin mərkəzi Putin-in Asperger sindromundan əziyyət çəkməsi qənaətinə gəlib. Ancaq bu sahəni idarə edən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və qurum xarici liderlərin onlarla profilini hazırlayıb. Bəs CIA psixoloqları Putin-i necə dəyərləndirir? İdarə bunu açıqlamaz. Ancaq CIA daxilindəki mərkəzin keçmiş rəhbəri professor Jerrold Post deyir ki, prezident «özünü bütün rusca danışan xalqların çarı kimi görür.

Kopenhagendə AB və Danimarka bayraqları - 2011
Kopenhagendə AB və Danimarka bayraqları - 2011

Ancaq özü üçün vacib olan Putin-in özüdür, rusiyalılar yox». J.Post prezidentin sərt üzünü məktəbli ikən ələ salınması ilə izah edir: «O, idmana gedib ki, digər oğlanlardan qoruna bilsin. İndi onun rəhbərliyində də eyni davranışı görürük. Ələ salınan məktəbli oğlanın cüdo vərdişlərini indi nüvə başlıqları əvəzləyir».

AVROPANIN XOŞBƏXTLƏRİ

Ayrı-ayrı ölkələr müxtəlif şeylər istəyirlər. Avrostat-ın bir rəy sorğusu üzə çıxarıb ki, skandinaviyalılar Avropada ən xoşbəxt xalqdırlar. Onların içində ən xoşbəxti isə təqaüddə olan danimarkalı qadınlardır. Ümumilikdə xoşbəxtliyin ən yaxşı göstəricisi coğrafiya və puldur. Ancaq danimarkalıların 20 faizini təşkil edən ən kasıbları ən varlı yunanlardan daha şəndir.

Harada yaşamağın da vacib amildir. Aralıq dənizi regionunda yaşayanlar şəhərlərə üstünlük verirlər, Arktik dairəsi yaxınlığında isə ən yaxşısı kənd həyatıdır.

Övladların olması da xoşbəxtliyə təsir edən amildir. Cənubi Avropada uşaqlı ailələr özlərini ən xoşbəxt sayırlar. Britaniya və İrlandiyada isə körpə doğulanda kədərlənirlər.

Yaş da sözünü deyir. Cavanlıqda hamı xoşbəxtdir, orta yaşda bu hiss azalır. Britaniya və Skandinaviyada qocalar daha şən olurlar, cənubda isə təqaüd qüssə gətirir.

XS
SM
MD
LG