Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

-

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi tutulub.

apa-nın məlumatına görə, 20 il axtarışda olan Nizami Musayev Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

N.Musayev 1992-ci ildə Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin (hazırda həmin idarə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adlanır) rəisi vəzifəsində çalışıb.

N.Musayev həmçinin tanınmış aktyor və kaskadyordur.

Ona qarşı irəli sürülən ittihamın motivi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG