Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Baş bankirin xəbərdarlıq etdiyi təhlükə ölkəni haqlayıb


Foto illüstrasiya

Foto illüstrasiya

-

«Bizim yol» qəzeti yazır ki, neftin qiymətinin düşməsi ölkənin tədiyyə balansına, xüsusilə xarici ticarət dövriyyəsinə mənfi təsir göstərib: «Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin fevralında ölkənin xarici ticarət dövriyyəsində mənfi saldo yaranıb. 2015-ci ilin fevral ayı ərzində ölkədən ixrac 1.057 milyard dollar, ölkəyə idxal 1.133 milyard dollar təşkil edib. Ticarət balansında yaranan kəsir 76 milyon dollar təşkil edib».

İqtisadçı-ekspert Rövşən Ağayev «Bizim Yol»a bildirib ki, ötən 8 ildə sonuncu dəfə fevral ayı üzrə ticarət balansında mənfi saldo 2007-ci ilin fevralında qeydə alınmışdı - təxminən 235 milyon dollar: «2008-ci ilin fevralında 131.6 milyon dollar müsbət saldo qeydə alınmışdı. Hətta neftin qiymətinin 40 dollar həddinədək düşdüyü 2009-cu ilin fevral ayı üzrə ticarət balansında 407 milyon dollar həcmində müsbət saldo yaranmışdı. Keçən ilin fevralında isə ticarət balansının müsbət saldosu 1.2 milyard dollardan çox olub. Trayektoriyaya diqqət edin:1 ildə 1.2 milyard dollarlıq müsbət saldodan 76 milyonluq mənfi saldoya eniş baş verib».

Ekspert hesab edir ki, bu fakt yaxın dövr üçün ölkənin tədiyyə balansının saldosunun mənfiyə doğru dəyişə biləcəyi təhlükəsindən xəbər verir.

İQTİSADİ BÖHRAN AZƏRBAYCAN TURİZMİNƏ TƏSİR ETMƏYİB

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra turizm obyektlərində qiymət artımı qeydə alınmayıb.

fins.az yazır ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirib. Ancaq Aydın İsmiyev bahalaşmanı istisna da etməyib:

«Şöbə müdiri deyib ki, ola bilsin, hansısa turizm obyektinə müraciət edən turistlərin sayı çoxdur və buna görə qiymətləri artıra bilər. Amma bu o demək deyil ki, qiymət artımı bütün mehmanxanalara və otellərə şamil olunub».

Şöbə müdiri onu da deyib ki, ölkədə xarici valyutaların bahalaşması Azərbaycana xaricdən turist axınını gücləndirəcək: «Xarici turistlər üçün daha əlverişli vəziyyət yaranıb. Turistlərin sayının daha da artacağı gözlənilir».

Əli Həsənov

Əli Həsənov

I Avropa Oyunları zamanı ölkəyə gələcək turistlərin sayı və onların yerləşdirilmə imkanları ilə bağlı isə A.İsmiyev bildirib ki, nə qədər turistin gələcəyi haqda hələlik proqnoz vermək mümkün deyil: «Bakıdakı mehmanxanalar 12 minədək turisti qəbul edə bilər. Hazırda bu mehmanxanalarda monitorinqlər aparılır, treninqlər təşkil olunur».

ƏLİ HƏSƏNOV: «ERMƏNİ DAİRƏLƏRİ AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNƏ KÖLGƏ SALA BİLMƏZ»

«Yeni Azərbaycan» qəzeti Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəyanatını yayıb.

Bəyanatda Əli Həsənov Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutsky-nin Ermənistana səfərindən sonra erməni mediasının onun adından bir sıra antiazərbaycan yönümlü məlumatlar yaymasına münasibət bildirib. Qəzet yazır ki, Leonid Slutsky Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulayıb.

Əli Həsənov da bəyanatında bildirir ki, Azərbaycan və Türkiyənin rəsmi orqanları, diaspor qurumlarının müştərək tədbirləri nəticəsində Ermənistanın bu iki ölkə əleyhinə illərdir həyata keçirdiyi təbliğat kampaniyası iflasa uğrayıb: «Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutsky-nin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar, ilk növbədə, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür».

Bakıda Gül bayramı - 10 may 2014

Bakıda Gül bayramı - 10 may 2014

Əli Həsənov vurğulayır ki, Azərbaycan–Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir: «Ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz».

BÖHRAN GÜL BAYRAMINA TƏSİR ETMƏDİ

«Azadlıq» qəzeti yazır ki, 8 milyardlıq Avropa Oyunları, xarici futbol klublarına hədiyyə edilən 70 milyon bəs etmirmiş kimi, bu il də Gül bayramı keçiriləcək:

«Martın 31-də Konservatoriya qarşısındakı bağ yenə bağlanıb. Bütün bu ərazi hasarlanıb və orada stendlər və konstruksiyalar quraşdırılır. Hakimiyyətin hər il mayın 10-da qeyd etdiyi Gül bayramında onların üzərində güllər və gül kompozisiyaları yerləşdiriləcək. Həmin gün Heydər Əliyevin ad günüdür, artıq neçə ildir ki, dövlət bayramı səviyyəsində qeyd olunur. Konservatoriya qarşısındakı bağ, həmçinin bulvar, Qış parkı bir ay əvvəldən hasarlanır. Bütün bu müddət ərzində orada stendlər quraşdırılır, bir çox ölkələrdən idxal edilmiş güllər yerləşdirilir. 1-2 gün sonra stendlər sökülür, güllər isə Balaxanı zibilliyinə atılır».

Qəzet sual edir ki, valyuta ehtiyatları azaldığı, böhranlı vəziyyət yarandığı təqdirdə bu qədər israfçılığa nə ehtiyac var: «Gül bayramı adı altında 10 milyonlarla manatı talan etməkdən böyük israfçılıq varmı? Bu ölkədə ən böyük talançılıq Gül bayramı ilə bağlı deyilmi?».

Günün bütün mövzuları

XS
SM
MD
LG