Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:51

-

Kiyev növbəti 3 ay ərzində Rusiyadan qaz almaq üçün yeni saziş imzalayıb. Qazın min kubmetrinin qiyməti 248 dollar nəzərdə tutulub.

Ukrayna Enerji Nazirliyi bildirib ki, saziş “qış paketi” adlanan sənədin digər şərtlərini uzadıb. Ukraynanın Naftogaz və Rusiyanın Gazprom şirkəti arasındakı həmin sazişin vaxtı bitib.

Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş həmin razılaşma qazın min kubmetri üçün 100 dollar endirim nəzərdə tuturdu, ancaq tələb olunurdu ki, Kiyev qaz üçün əvvəlcədən ödəniş eləsin.
Enerji naziri Volodymyr Demchyshyn sazişi Naftogaz ilə Gazprom arasında münasibətlərə siyasi deyil, iqtisadi yanaşmada “qələbə” adlandırıb.

Ukrayna və Rusiya arasında öncəki qaz mübahisələri Avropa Birliyinin bazarlarına da təsir edib. Gazprom bu bazarın qaz tələbatının üçdə birini ödəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG