Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:53

«Azadlıq» 50 qəpik oldu


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti qiymətini 50 qəpiyə qaldırıb. Qəzet bunu çap xərclərinin 20 faiz artırılması ilə izah edir:

«Son 2 ildə qəzet 80 min manat cərimə ödəyib, əl yayımına yaradılan maneələr qəzetin vəziyyətini xeyli pisləşdirib, «Qasid» firması qəzetə olan 70 min manat borcunu ödəmir, əməkdaşlar aylarla əməkhaqqı ala bilmir... 2013-cü ilin sonlarından KIVDF «Azadlıq»la əməkdaşlığı dayandırıb. Bir sözlə, hakimiyyət bütün vasitələrlə qəzeti susdurmaq, sıradan çıxarmaq istəyib».

«Azadlıq» yazır ki, heç bir təzyiq, psixoloji basqı onların fəaliyyətini məhdudlaşdıra bilməyib: «Lakin əməkdaşların fədakarlığı bütün məsələləri həll etmir. Nəşriyyatın çap xərcini 20 faiz qaldırması, satışa yaradılan maneələr qəzetin qiymətində dəyişiklik etmək zərurəti yaratdı. Buna görə də, «Azadlıq»ın satış qiymətində 10 qəpiklik artım etmək qərarı verdik».

Oxucularına müraciət edən «Azadlıq» ümid edir ki, onların düşdüyü çətin vəziyyət anlayışla qarşılanacaq: «Biz bütün fəaliyyətimiz dövründə ölkə vətəndaşının, dövlətin maraqlarına xidmət etmişik, haqsızlıqla üzləşmiş insanların səsinə çevrilmişik, həqiqətləri tirajlamışıq. Bundan sonra da öz prinsiplərimizə sadiq qalacağıq və sədaqətli, qədirbilən oxucularımızın köməyilə çətin mərhələni arxada qoyacağıq».

Bir müddət öncə manatın dollara nisbətdə 30 faiz ucuzlaşmasından sonra «Azərbaycan» nəşriyyatı çap xərclərini artırdığını elan etmişdi.

XS
SM
MD
LG