Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

Terrorçu qruplara 25 mindən çox əcnəbi qoşulub


ID silahlıları Əfqanıstanda

ID silahlıları Əfqanıstanda

-

Hazırda əsasən Suriya və İraqda İslam Dövləti, Al-Qaeda və digər terrorçu qrupların tərkibində 25 mindən çox əcnəbi vuruşur. Bu barədə BMT-nin yeni hesabatında deyilir. Sənədi Associated Press agentliyi yayıb.

Hesabatda deyilir ki, ötən ilin ortasından bu ilin martınadək terrorçu qruplara qoşulan əcnəbilərin sayı 71 faiz artıb. 20 minədək əcnəbi döyüşçü Suriya və İraqda İslam Dövləti silahlı qruplaşmasına qoşulub.

BMT ekspertlərinin sözlərinə görə, Suriya və İraq ekstremistlərin “beynəlxalq buraxılış məktəbinə” çevrilib. 90-cı illərdə bu rolu Əfqanıstan oynayırdı. Əfqanıstan xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda ölkə ərazisində 6 min 500 əcnəbi döyüşçü var. Yüzlərlə əcnəbi Liviya, Yəmən, Pakistan və Somalidə savaşır.

Əcnəbi döyüşçülər isə dünyanın 100-dən çox ölkəsini təmsil edir. Onlar əsasən Tunis, Mərakeş, Fransa və Rusiyadan gəlirlər, BMT ekspertləri belə deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG