Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Türkiyə Suriyaya keçən 9 britaniyalını saxlayıb


Bu qızların fevralda Londondan Türkiyəyə uçduğu, daha sonra Suriyaya keçdiyi bildirilir

Bu qızların fevralda Londondan Türkiyəyə uçduğu, daha sonra Suriyaya keçdiyi bildirilir

-

Türkiyə təhlükəsizlik qüvvələri bildirir ki, qanunsuz olaraq Suriyaya keçməyə çalışan 9 Britaniya vətəndaşı həbs olunub.

Aprelin 1-də yayılmış bəyanat deyilir ki, britaniyalılar Suriya ilə sərhədin Türkiyə hissəsində Hatay vilayətində saxlanıblar.

Həmin şəxslərin sərhədi keçməyə çalışmasının səbəbi aydın deyil.

İslam Dövləti və digər radikal qruplara minlərlə əcnəbi qoşulub. Onlar əsasın Türkiyə ərazisindən Suriya və İraqa keçirlər.

Türkiyə cənub-şərqi sərhədlərinə yaxşı nəzarət etmədiyi üçün tənqidlə üzləşib. Türkiyə isə öz növbəsində Avropa ölkələrini ittiham edir ki, gələcək cihadçıların qarşısını yola düşməmişdən ala bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG