Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:08

-

Aprelin 1-də ABŞ-ın aparıcı senatoru Robert Menendez-ə (Demokrat, Nyu Cersi ştatı) korrupsiya ittihamları irəli sürülüb.

Menendez vəzifəsindən istifadə edərək partiyanın aparıcı siyasi donoru olan dostuna kömək etməkdə ittiham olunur. Həmin şəxsə də ittiham irəli sürüıüb. Senator heç bir nöqsana yol vermədiyini deyir.

Aprelin 1-də tərəfdarları qarşısında çıxış edən Menendez deyib ki, “ittihamlar götürüləcək” və onun “karyerası belə bitməyəcək”.

Menendez Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvüdür. O, Tehranla nüvə danışıqlarına skeptik yanaşır. İranla istənilən sazişin Konqresdə 60 gün ərzində baxılmasına dair qanun layihəsinin əsas müəlliflərindəndir. Obama administrasiyası bu qanuna veto qoymaqla hədələyib. Layihə aprelin 14-də komitədə müzakirəyə çıxarılacaq.

Menendez həmçinin Ukraynaya müdafiə silahları göndərməyin tərəfdarıdır. Administrasiya hələlik bundan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG