Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Rusiyada balıq gəmisi batıb, 54 nəfər həlak olub


Rusiyanın "Oleg Naidenov" balıq ovlayan gəmisi

Rusiyanın "Oleg Naidenov" balıq ovlayan gəmisi

-

Rusiyanın Kamçatka yarımadası yaxınlığında, Oxot dənizində aprelin 1-də gecə balıq ovlayan gəmi batıb, 54 nəfərin həlak olduğu bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmiləri söyləyib ki, Dalniy Vostok gəmisində 132 nəfər olub. 63 nəfər xilas edilib. 15 nəfər itkin düşüb.

Rəsmilər deyir ki, xilas edilənlərin çoxu bədən temperaturunun soyumasından əziyyət çəkir və Maqadanda xəstəxanaya çatdırılıb. Gəminin batma səbəbi barədə rəsmi informasiya yoxdur. Yerli Fövqəladə Hallar Nazirliyində bir mənbə TASS-a deyib ki, bir səbəb üzən buzla toqquşma ola bilər. Gəmidən həyəcan siqnalı verilməyib.

İnterfax-ın məlumatına görə, gəmidə Latviya, Ukrayna, Myanmar və Vanuatu vətəndaşları olublar.

“Dalniy Vostok” soyuducu gəmisinin uzunluğu 100 metrdən çoxdur. 1974-cü ildə 120 oxşar gəmi buraxılıb. Bu gəmilər vasitəsilə balıq ovlanır, sürətli dondurulur və limanadək qorunub saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG