Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Məşhur “Beatles” qrupunun üzvü John Lennon-un birinci arvadı Cynthia 75 yaşında İspaniyadakı evində vəfat edib.

Özünün “John və Cynthia” internet saytında Lennon-un oğlu Julian yazır ki, anası “xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib”.

Julian özünün Tvitter hesabında içərisində anasının fotosu olan ürək şəkli və ona həsr etdiyi yeni mahnını yerləşdirib.

Cynthia və John Liverpul incəsənət kollecində tanış olmuşdular.

Onlar hələ bitlomaniyadan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Julian doğulub.

Artıq bu vaxt “Beatles” qrupu çoxsaylı qadın pərəstişkarları “qaçırmamaq” üçün Cynthia-dan kölgədə qalmasını rica etmişdi.

John və Cynthia 1968-ci ildə boşanmışdılar. Bu, Cynthia ərinin yaponiyalı rəssam Yoko Ono ilə sevgi macərasını eşidəndə baş vermişdi.

Synthia Lennon-la birgə həyatı barədə iki kitab yazıb: “Lennon-un dönüklüyü” (A Twist of Lennon) və 2005-ci ildə çapdan çıxmış “John” kitabları.

Keçmiş bitl Ringo Star Tvitterdə yazıb: “Julian-a hüzn və məhəbbətlə. Cynthiaya sevgilərlə dua et. Ringo və Barbara”.

Günün bütün mövzuları

XS
SM
MD
LG