Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Yəməndə şiəməzhəb huti qiyamçılarının birləşməsi onlara dəstək verən müttəfiqlərinin və tankların köməyi ilə, habelə Sədiyyə Ərəbistanın hava zərbələrinə baxmayaraq Ədən şəhərinin mərkəzinə daxil olublar.

Ədən ölkənin seçkili prezidenti Abd-Rabbu Mansour Hadiyə sadiq qüvvələrin son böyük istehkamı idi.

Körfəzin sünni ərəb ölkələrindən ibarət koalisiyasının Yəmənin şimalındakı huti mövqelərinə hücumlarına baxmayaraq cənubda Ədən şəhərini xilas etmək mümkün olmayıb.

Səudiyyə Ərəbistanının hərbiyyəsi bildirir ki, huti qiyamçıları, əslində hava reydləri başlamazdan əvvəl artıq Ədəndə olublar.

O deyib kİ, döyüş meydanına tankların çıxarılması da gözlənilməz olmayıb.

6 ay bundan əvvəl paytaxt Sananı ələ keçirmiş qiyamçıları Yəmən silahlı qüvvələrinin keçmiş prezident Ali Abdullah Salehə sadiq bölümləri dəstəkləyib.

Bir sıra başqa mənbələrdən alınan xəbərlərə görə Yəmənin müxtəlif yerlərində ağır döyüşlər baş verir və hutilər ağır canlı qüvvə itkisinə məruz qalırlar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hava bombardmanları ötən gecə ərzində də davam etdirilib.

UNİCEF-in verdiyi məlumata görə Yəməndə baş verən zorakılıqlarda son bir həftə ərizndə 62 uşaq həlak olub.

Ümumikdə həlak olmuş mülki və döyüşçülərin sayı çərşənbə günü nəzərə alınmazsa, 103 nəfərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG