Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:44

Zaur Dadayev məhkəməyə Nemtsovu öldürmədiyini deyib


Zaur Dadaev
Zaur Dadaev

Siyasətçi Boris Nemtsovun qətlə yetirilməsində əsas şübhəli Zaur Dadayev məhkəmə dinləməsinə bildirib ki, Nemtsovu öldürməsi barədə ifadə ondan təzyiq altında alınıb.

Dinləmədə videoəlaqə vasitəsilə danışan Dadayev bildirib ki, ona qarşı sübutlar yoxdur və o, yeganə ifadəni verməyə məcbir edilib.

Məhkəmə Dadayevin və daha üç şübhəlinin həbsdə qalması barədə qərar verib.

Şübhəlilərin hamısı Şimali Qafqazdandırlar

Dadyev Nemtsovu güllə ilə vurmaqda şübhəli bilinir.

Zaur Dadayev qətlin ardınca həbs olunduqdan az sonra “cinayətini etiraf etmişdi”.

İndi isə Dadayev bildirib ki, onun alibisi var. İşi aparan müstənqtiq qətlin Dadayev tərəfindən törədilidiyini göstərən çoxsaylı sübutların olduğunda israr edir.

Müstəntiqlər deyiblər ki, onlar hələ də sifarişçini aşkara çıxarmaq istiqamətində işləyitlər.

XS
SM
MD
LG