Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

İstanbulun Vətən prospektindəki polis idarəsinə silahlı basqın edilib.

“Anadolu” agentliyinin məlumatına görə, atışma zamanı hücum edənlərdən biri öldürülüb.

Məlumatlara görə, 1 qadın və 2 kişi binanın girişindəki polislərə atəş açıblar.

Cavab atəşi ilə qadın öldürülüb, kişilər isə hadisə yerindən qaçıb.

Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.

"Doğan" xəbər agentliyi isə atışmada iki polisin yaralandığını xəbər verir.

Hadisə yeri və ətraf yollar nəzarətə götürülüb.

İstanbul valisi Vasip Şahin hücumun bir qadın və iki kişi tərəfindən törədilməsini təsdiqləyib.

Onun sözlərinə görə, öldürülən qadının üstündə partlayıcı qurğu varmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG