Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

Yəmənin qərbində zavodun bombalanması nəticəsində azı 35 adam ölüb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri artıq 7-ci gündür ki, Yəməndəki Huthi üsyançılarının mövqelərinə havadan zərbələr endirirlər.

Amma Hodeyda liman şəhərindəki bu zavodun koalisiya qüvvələri və ya üsyançılar tərəfindən vurulduğu hələlik bəlli deyil.

BMT bundan əvvəl- martın 29-da ölkənin şimalındakı qaçqın düşərkəsinin bombalanması nəticəsində azı 19 dinc sakinin ölməsi barədə məlumat yaymışdı.

UNICEF-in martin 31-də yaydığı məlumata görə isə, ötən həftə ərzində Yəməndə keçirilən hərbi əməliyyatlar zamanı azı 62 uşaq ölüb, 30-u isə yaralanıb.

Ərəb ölkələri hesdab edir ki, şiərdən ibarət Huthi üsyançılarının arxasında Iran durur.

Tehran ittihamı rədd edir və məsələni dialoq yolu ilə həll etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG