Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Noyabrın 2-də Prezident Aparatı qarşısında etiraz aksiyası planlaşdırılır


Müxalifət liderləri aclıq aksiya iştirakçılarına baş çəkiblər
Müxalifət liderləri aclıq aksiya iştirakçılarına baş çəkiblər
«Azadlıq» blokuna daxil olan dörd müxalifət partiyası noyabrın 2-də Prezident Aparatının qarşısında piket keçirmək niyyətindədir. Bloka daxil olan AXCP sədri Əli Kərimli bildirir ki, onlar mətbuata təzyiqlərə etiraz etmək istəyirlər və bu cür aksiyalar davamlı olacaq. Noyabrın 3-də isə Bakıda ictimai-siyasi qüvvələrin iştirakı ilə «Azad söz təhlükədədir!» adlı forum keçiriləcək.

«Azadlıq» blokuna daxil olan partiyaların fəalları isə oktyabrın 30-da azad sözə hücumlara etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aksiya iştirakçılarına baş çəkən «Milli Birlik» Hərəkatının lideri Lalə Şövkət Hacıyeva isə bu aksiyanı azad fikrin müdafiəsi uğrunda atılan zəruri addım adlandırdı. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hesab edir ki, hökumət «Azadlıq» qəzetini binadan çıxarmaq, digər mətbu orqanlara təzyiq göstərməklə 2008-ci ilin prezident seçkisinə azad mətbuat olmadan getmək istəyir.


Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov isə hesab edir ki, mətbuata təzyiqlər olması barədə müxalifətin iddiaları əsassızdır. Aclıq aksiyası isə siyasi şoudur.


«Azadlıq» blokuna daxil olan partiyaların altı üzvü oktyabrın 30-dan aclıq aksiyasına başlayıb. Onlar «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına etiraz edirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG