Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

Navalny-nın yaxın tərəfdaşı Böyük Britaniyadan siyasi sığınacaq alıb


Vladimir Ashurkov

Vladimir Ashurkov

Rusiyanın müxalifət liderlərindən biri Alexei Navalny-nın tərəfdaşı Vladimir Ashurkov ötən həftə Böyük Britaniyadan siyasi sığınacaq alıb.

Bu barədə jurnalistlərə onun özü məlumat verib.

Korrupsiya ilə mübarizə fondunun keçmiş direktoru Ashurkov Rusiyanı ötən ilin aprelində tərk edib.

Oktyabrda isə o hakimiyyət tərəfindən təqib olunduğunu əsas gətirərək Britaniyadan sığınacaq istəyib.

İstintaqın gəldiyi nəticəyə görə ,Ashurkov, həmçinin Tərəqqi partiyasının Moskva şöbəsinin lideri Nikolai Lyaskin və Moskva şəhər deputatı Konstantin Yankauskas 2013-cü ildə Moskva merliyi uğrunda mübarizə apararkən Navalny-nin hesabaına hərəyə milyon rubl köçürüblər.

Bundan sonra isə internetlə könüllülük əsasında 10 milyon rubl toplayaraq bu vəsaiti mənimsəyiblər.

Yankauskas hazırda ev dustağıdır, Lyaskindən isə ölkədən çıxmamaq barədə yazılı iltizam alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG