Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:01

Zaur Dadayev bir daha Nemtsovu öldürmədiyini deyib


Zaur Dadayev
Zaur Dadayev

Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində əsas şübhəli bilinən Zaur Dadayev bir daha bu qətldə əli olmadığını bildirib.

O aprelin 1-də Moskva məhkəməsində deyib ki, o qətl vaxtı başqa yerdə olub.

Dadayev həmçinin onun istintaqla yaxından əmkdaşlıq etməsi barədə istintaq komitəsinin məlumatını təkzib edib.

Dadayev bir daha ilkin ifadəsini təzyiq altında verdiyini bildirib.

O ilkin ifadəsində günahı boynuna almışdı.

Moskva şəhər məhkəməsi həmçinin aprelin 1-də digər şübhəlilər Khamzat Bakhayev, Tamerlan Eskerkhanov və Shadid Gubashevin həbsinin qanunsuz olması barədə qərar qəbul edib.

Hakimlərin qərarına görə, onların 3-də aprelin 8-dək həbsdə qalacaq və Basman məhkəməsi bu müddət ərzində işə yenidən baxacaq.

Müdafiə tərəfi həbslər zamanı qanun pozuntusuna yol verildiyini bəyan edib.

Basman məhkəməsi martın 8-də onların həbsinə bir prosesdə baxıb.

Müdafiə tərəfi isə deyir ki, onların hər birinin işinə ayrılıqda baxılmalı idi.

XS
SM
MD
LG