Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Keçmiş deputatın oğluna 10 il cəza kəsildi


Arxiv fotosu
Arxiv fotosu

-

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynə hökim oxunub. Məhkəmə onu 10 illik həbsə məhkum edib. Prosesə hakim Əlisoltan Osmanov sədrlik edib.

Şaiq Hüseyn Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin icra məmuru işləyib. 1 il əvvəl onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət olunandan sonra həbs edilib.

Şikayətçi isə Bakı sakini, 37 yaşlı Şölə Səfərova olub. Ərizəsində Şaiq Hüseynin ondan 70 min manat alaraq dələduzluq yolu ilə mənimsədiyini göstərib.

Zərərçəmişin ifadəsindən:

"Şaiq icra məmuru işləyirdi. Qardaşım həbsxanada cəza çəkir. Məni arxayın etdi ki, qardaşımın cəzasının yüngülləşdirilməsi üçün kömək edəcək. Məndən hissə-hissə olmaqla ümumilikdə 70 min manat alıb. Ancaq bir gün anladım ki, Şaiq məni aldadıb".

Şaiq Hüseyn isə məhkəmədə ittihamla razılaşmayıb. Şölə Səfərovadan pul almadığını bildirib.

Şaiq Hüseyinə qarşı irəli sürülmüş ittiham bununla bitmir. O, işadamı Vüqar Həsənovdan da 120 min dollar alaraq mənimsəməkdə ittiham olunur.

Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG