Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

General Cəfər Kavianın 120 illiyi “İşıqlanan yaddaş” adlı sərgi ilə anılcaq


General Cəfər Kavian

General Cəfər Kavian

-

Aprelin 3-də saat 1200-də Azərbaycan İstiqlal Muzeyində Cənubi Azərbaycanda baş vermiş "21 Azər" milli-azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Məclisin üzvü olmuş, Milli Hökumətin Müdafiə Naziri general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sərgidə ilk dəfə Cəfər Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunacaq.

Həmin əşyalar Cəfər Kavianın oğlu Marks Kavian tərəfindən muzeyə daimi mühafizəyə veriləcək.

Xəbərdə deyilir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Azərbaycan Respublikası baş prokurorun müavini Bəhruz Məmmədov, Əlyazmalar İnstitutunun mətbuat katibi Sərvan Kərimov və digər qonaqlar çıxış edəcəklər.

Cəfər Kavianın qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti də sərginin açılışında olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG