Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:33

Nigeriya prezidenti rəqibini qələbə münasibəti ilə təbrik edib


Goodluck Jonathan

Goodluck Jonathan

Seçkini uduzan Nigeriya prezidenti Goodluck Jonathan martın 31-də zəng edərək rəqibi, seçkilərdə qalib gələn müxalifət lideri Muhammadu Buharini qələbə münasibəti ilə təbrik edib.

Martın 28-29-da ölkədə keçirilən prezident seçkisində

Ölkənin keçmiş hərbi rəhbəri Muhammadu Buhari qalib gəlib.

O, Nigeriya tarixində seçkini udan ilk müxalifət nümayəndəsidir.

72 yaşlı Buhari 54, hazırkı prezident Goodluck Jonathan isə 45 faiz səs toplayıb.

Bu Nigeriyada ilk demokratik hakimiyyət dəyişikliyidir.

Muhammadu Buhari martın 31-də Abujada tərəfdarları qarşısında çıxış edərkən deyib, bütün dünyanın gözü onlara dikilmişdi və Nigeriya xalqı demokratik bir seçki keçirdiyini nümayiş etdirdi.

Seçicilər ümid edir ki, general Buhari radikal Boko Haram qrupuna qarşı daha yaxşı mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG